Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

7 yaşlı uşaq yanaraq öldü

İkimərtəbəli ev yanıb

Zaqatala şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə günorta saatlarında, şəhər sakini Musa Qurban oğlu Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Evin 50 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın söndürüləndən sonra aparılan təhqiqat zamanı ev sahibi Musa Musayevin qızının övladı - 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin yanmış meyiti aşkarlanıb. Uşağın fiziki baxımdan qüsurlu olduğu bildirilib./apa/
1260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı