Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

BMT: Dünyada hər 9 nəfərdən biri xroniki aclıqdan əziyyət çəkir

Dünyada 805 mln. insan xroniki aclıqdan əziyyət çəkir.

Bu barədə BMT-nin “Dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət” adlı hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, son 10 ildə aclıqdan əziyyət çəkənlərin sayı 100 mln. azalsa da, hazırda hər 9 nəfərdən biri aclıqdan əziyyət çəkir.

Aclığa qarşı mübarizədə uğurlar əldə edilsə də, bəzi ölkələrdə hələ də bu problem qalmaqdadır. Belə ki, Saxara səhralığından cənubda hər 4 nəfərdən biri aclıqdan əziyyət çəkir. Dünyada ən çox açlıqdan əziyyət çəkənlər isə Asiyada yaşayır – 526 mln. insan.

Hesabatda bildirilir ki, ərzaq təhlükəsizliyi sisteminin möhkəmləndirilməsində ən böyük uğurlara Latın Amerikası və Karib hövzəsi ölkələri imza atıb.

Aclıqla mübarizəyə rəğmən dünyada səfalət içində yaşayan insanların sayının çox olmasını nəzərə alan BMT strukturlarının rəhbərləri bu sahədə siyasi öhdəliklərin yenilənməsi və onların konkret əməllərə çevrilməsinin vacibliyini vurğulayıblar.

Sənəddə qeyd olunur ki, aclıq probleminin aradan qaldırılması üçün kənd təsərrüfatına yatırılan dövlət və özəl sərmayələrin həcmi artırılmalıdır, habelə xidmət sektoruna, texnologiyalara və bazarlara çıxış asanlaşdırılmalıdır./apa/
1159 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03