Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2014

Atatürk liseyinə molotov kokteylli hücum – Foto

Türkiyənin Şırnak şəhərində Demokratik Toplum Partiyası, Demokratik Cəmiyyət Konqresi və bəzi vətəndaş cəmiyyəti qurumlarının dəstəyi ilə kürdcə təhsil vermə məqsədi ilə açılan məktəbin möhürlənməsinə etiraz olaraq bir qrup şəxs təhsil ocaqlarına hücum edib.

Şırnakın Cizrə mahalında baş verən hadisədə etirazçılar Nur Atatürk liseyi, Fateh, İstiqlal və İsmayıl Əbuliz orta məktəblərinə benzin tökdükdən sonra molotov kokteyli atıblar.

Məktəblərdə baş verən yanğını söndürmək üçün gələn xilasetmə qruplarının məktəblərə yaxınlaşmasına imkan verməyən etirazçılar təhlükəsizlik qüvvələrinə daş və molotov kokteyli atıblar.

Polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Yanğın məktəblərə böyük maddi ziyan vurub./axar/
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP