07 Noyabr 2013
“Həkim də mənə dedi ki, bacımı zəhərləyiblər, 6 ay ömrü qalıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva ifadə verib.
O bildirib ki, Sevincin zəhərləndiyini eşidib: “Mənə dedilər ki, heç bir xəstəxana onu qəbul etmir. Birtəhər Semaşko Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Sonra Sevinc zəng elədi, ki, “Xala, məni tez burdan çıxarın, məni öldürəcəklər”. Sonra Mərkəzi Gömrük Hospitalına apardıq, bir həftəyə sağaltdılar. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar edib. Həmin vaxt yeməkdə başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. Sevinc toyuğun acı daddığını görüb, ancaq utandığından tüpürməyib. Həmin gün evə gələndə yıxıldığını deyirdi. Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim. Sevinc Türkiyədə zəng edib yanındakı kişinin çox pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur və bütün danışıqlara qulaq asır. Sevinc deyirdi ki, orada ac-susuz qalır, bir qəpiyi belə yoxdur. Sevinc and içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona vəzifə verəcəklər. Mən Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum, o da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib”.
Z. Cəbiyeva daha sonra prosesdə sualları cavablandırıb.
G. Əhmədovanın niyə Sevinci görmək üçün Türkiyəyə getmədiyini barədə suala belə cavab verib: “Sevinc deyirdi ki, heç kim yanına gəlməsin. Onu da deyirdi ki, bir müddətdən sonra ona vəzifə verəcəklər”.
G Əhmədova isə Sevincə vəzifə veriləcəyi barədə ona heç bir söz demədiyini bildirib.
Z. Əliyeva Bakıda xəstəxanada həkimin onlara Sevincin zəhərləndiyini dediklərini açıqlayıb. G. Əhmədova isə elə bir halın olmadığını, həkimin belə bir rəy yazmadığını söyləyib.
G. Əhmədova Z. Cəbiyevaya “Sən Sevinci bədbəxt elədin. Siz Sevincin yaşadığı kişilərin də başına oyun açmısınız. Siz Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün Sevinci qovmuşdum. Mən Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, Sevinci mən öldürməmişəm”.
Prosesdə şahid qismində S. Babayevanın bacısı Təranə Səfərova ifadə verib. Bildirib ki, yay aylarında Sevinc evə gəlib, Gülər Əhmədova ilə balıq yediyini və zəhərləndiyini deyib: “Həkim də mənə dedi ki, bacımı zəhərləyiblər, 6 ay ömrü qalıb. Bir müddət sonra Sevinc Azərbaycanı tərk etməli olduğunu dedi və getdi. Sonra Türkiyədən zəng edib dedi ki, pulu yoxdur, qızıllarını satıb xərcləyir. Dedim ki, Ayxan yanına gəlmək istəyir. O da dedi ki, Ayxanla mən də gedim. Bizi Türkiyədə Səlcuq Ağlayanla oğlu qarşıladı. Bizi maşında bir neçə saat gəzirdilər. Qorxdum, başladım ağlamağa ki, vallah heç nəyimiz yoxdur, elə bacımı görmək istəyirəm. Sonra Sevincin yanına getdik. Çox pis vəziyyətdə idi. Gülər Əhmədova, buna görə səni bağışlamayacağam. Sevinc ölənə kimi sənə inanırdı”.
T. Səfərova daha sonra deyib ki, onlar Türkiyədə olanda Sevinc Babayeva ilə Gülər Əhmədovanın “Skype”la danışmasının şahidi olub: “Gülər dedi ki, məsələ həll olunacaq, bir az gözlə. Mən də Sevincə dedim ki, bunun nağıllarına inanma. Bakıya gələndə Gülərin bacısı Gülnara zəng edib dedim ki, gəl birləşək, bacılarımıza kömək edək, bu oyundan qurtarsınlar. Dedi ki, heç bir kömək edə bilməz. Bir müddət sonra Gülər mənə zəng elədi ki, gəl ərizə yaz ki, Sevinc özü Türkiyəyə gedib, mən isə razı olmadım. Sevinc mənə deyirdi ki, Gülərlə görüşmə, qoy səni tanımasın. Səlcuq zəng elədi ki, Sevinc xəstədir, beş min pul lazımdı. Ondan sonra anamgil Gülərin evinə getdilər. Gülər onlara deyib ki, 20 min pul verir, amma sənədə imza atsınlar. Biz də razı olmadıq”.
Daha sonra T. Səfərova suallara cavab verib. Şahid bildirib ki, Ayxan Türkiyədə Sevinclə dalaşıb: “Ayxan dedi ki, Gülər sənin torbanı tikib, göndərib bura, gəl gedək Azərbaycana. Sevinc razı olmadı. Sevinc deyirdi ki, Gülərin əri ona 650 manat verib. Onu da deyirdi ki, gör, məni nə hesab edir ki, ordan bura 650 manat göndərir?”
T. Səfərova onu da deyib ki, ataları Elşad Abdullayevi yaxşı tanıyıb, Sevincin də Elşadla münasibəti yaxşı olub.
G. Əhmədova isə bildirib ki, T. Səfərova onunla yanaşı, ölkənin tanınmış adamlarına da şər atır.
T. Səfərova isə ona cavab olaraq “Sevinci sən zəhərləmisən. Tapşırmışdın ki, heç bir xəstəxanaya qəbul etməsinlər. Sən artistsən, sənin və oğlanlarının haqqında Türkiyədə “abjora” deyirdilər. Deyirdilər ki, Gülər gəlib burda 3 qoyunun kababını tıxır, üstündən də rakı içir”.
Gülər Əhmədova isə ona “Artist sənsən, özü də xalq artisti” cavabını verib.
Bundan sonra T. Səfərova ona “Sən Elşadın pullarını alandan sonra varlandın. Səməd Vurğun bağında restoran, Qız Qalasının yanına hoteli nə ilə almısan? Hamısı Elşadın pulu ilə olub. Sənə nifrət edirəm. O videodakıların hamısı düzdür” söyləyib.
G. Əhmədova isə T. Səfərovaya “əgər sən deyən obyektlər varsa, hamısını sənə bağışlayıram. Elşad gəlib ifadə vermir, bunların dedikləri isə hamısı şər-böhtandır, öyrədib bura göndəriblər”, deyə bildirib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
20.02.19, 11:41
Gələn ayda olan qeyri-iş günü 20.02.19, 11:31
Qara qar yağdı - Uşaqlar zəhərlənə bilər 20.02.19, 10:26
15 yaşlı qız vətəndaşlıqdan çıxarılır – İngiltərədən qərar 20.02.19, 10:04
Hərbi xidmətə getməyən kişilər işə götürülməyəcək – Qanun 20.02.19, 09:57
Fransada bıçaqlı şəxs insanlara hücum etdi 20.02.19, 09:53
"Messi futbolun yeganə dahisidir" - Kapello 20.02.19, 09:49
Belçikada 27 nəfər hələ də Hitler təqaüdü alır 20.02.19, 09:36
Əvvəl ortağını sonra özünü vurdu - Dəhşətli intihar 20.02.19, 09:31
Lavrovdan ABŞ-a: Üç dəfə düşünün 20.02.19, 09:20
Maduronun generalından Trampa sarsıdan cavab 20.02.19, 09:09
20 fevralda gözlənilən hava şəraiti 19.02.19, 23:02
Terrorçuların lideri Türkiyədə müalicə alır 19.02.19, 20:47
Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı 19.02.19, 20:30
ABŞ-dan İraqla bağlı gözlənilməz - Açıqlama 19.02.19, 17:28
İŞİD bu ölkədə möhkəmlənir – Rusiya 19.02.19, 17:26
Terror “təbii fəlakət” deyil, onu dövlətlər yaradır - Suriya 19.02.19, 17:25
Poroşenko: Kreml SSRİ-nin ikinci versiyasını yaradır 19.02.19, 17:23
Lavrovdan şok: ABŞ-ın məqsədi burda yeni dövlət yaratmaqdır 18.02.19, 19:54
Putinə görülməmiş təklif: "Torpaqlarımızı birləşdirək" 18.02.19, 19:53
Ermənilər Kəlbəcərdə böyük qutab festivalı keçirəcək 18.02.19, 19:47
Lavrov: ABŞ qaçqınların Rukbandan çıxmasına mane olur 18.02.19, 15:59
Rusiyanı dayandırmaq lazımdır, yoxsa... - Klimkin 18.02.19, 15:57
Maduro: O, sionistlərə xidmət edən MKİ casusudur 18.02.19, 12:57
Rusiyanın “tank qatili” qorxu yaratdı 18.02.19, 12:56
ABŞ liderliyini itirib, amma əmr verməyə davam edir - Şpiqel 18.02.19, 12:53
Rus ordusu beşinci nəsil qırıcı alır 18.02.19, 12:50
18 fevralda gözlənilən hava şəraiti 17.02.19, 20:25
İdlibdə atəşkəs olmayacaq – Rusiya XİN 17.02.19, 20:13
İran “Fateh” sualtı qayığını təqdim etdi 17.02.19, 19:19
Milli Şura yenə mitinq təyin etdi 17.02.19, 19:17
''26 ildir ömrümüz çürüyür'' 17.02.19, 19:14
ABŞ-da 4 nəfər girov götürülən zaman ölüb 17.02.19, 17:57
Blokadada olduğumuz zaman İran öz qapılarını bizə açdı 17.02.19, 17:48
Rusiya yeni istehsal etdiyi silahın görüntülərini yaydı 17.02.19, 17:44
Fransada 10 mindən çox insan yenidən küçələrə axışdı 17.02.19, 17:42
İranda 5 min illik insan skeleti tapıldı 17.02.19, 17:37
Trampın bir nömrəli adamı geri çəkilir 17.02.19, 17:36
Ölkə qarışdı: Rədd olsun amerikalılar, yaşasın Putin! 17.02.19, 17:32
Rusiyadan Türkiyə açıqlaması 17.02.19, 17:30
100 il sonra ilk dəfə: Qara leopardın görüntüsü - Foto 17.02.19, 17:26
Bu ölkələr qaçqınlardan istifadə edir - Bəşər Əsəd 16.02.19, 22:54
5 uşaq atası intihar edib 16.02.19, 22:50
Rusiyadan suriyalılarla bağlı - İnanılmaz addım 16.02.19, 22:45
Bakı metrosunda bıçaqlanma: yaralı var 16.02.19, 22:44
ABŞ 4 il ərzində 12 minə yaxın insanı qətlə yetirib - İraq 16.02.19, 16:56
Lukaşenko və Putin hokkey oynadılar - Foto 16.02.19, 16:50
İsrailin planı baş tutmadı 16.02.19, 16:48
Londonda tələbələr ayağa qalxdı 16.02.19, 16:47
Azərbaycanda məktəblilər araqdan zəhərləndi 16.02.19, 16:34
İran və Türkiyə parlament nümayəndələri görüşüb 16.02.19, 16:33
Ərdoğan: İraq və Livan Astana müzakirələrinə qatıla bilər 16.02.19, 11:00
QARABAĞ QAZİLƏRİNİN FƏRYADI - VİDEO 16.02.19, 10:23
Hacıqabulda ər və arvad intihar ediblər 16.02.19, 09:59
''Uşaqlar məktəbdə odun qırır, siniflərə daşıyır'' 16.02.19, 09:55
Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı 16.02.19, 09:48
Mingəçevirdə 34 yaşlı kişi bıçaqlandı 16.02.19, 09:41
Donuz ətinin haramlığı – fiziki və mənəvi səbəblər 16.02.19, 09:32
Nigeriyada silahlı hücum – 60-dan çox dinc sakin həlak olub 16.02.19, 00:48
Pakistan əhalisi Bin Salmanın bu ölkəyə səfərinə etiraz etdilər 15.02.19, 19:36
Putindən ABŞ-a Suriya mesajı 15.02.19, 19:32
Yumruqdan yerə yıxıldı... – Foto 15.02.19, 19:26
Sabahdan Putinlə birləşə bilərik, lakin... - Lukaşenko 15.02.19, 19:23
SOCAR-ın işçisi dənizə düşərək öldü 15.02.19, 13:31
İsmayılzadə: Əminliklə deyirəm, Taleh Bağırov 14 gündür acdır 15.02.19, 10:33
Putin Soçidə tatami üzərinə çıxıb – VİDEO 15.02.19, 10:12
Kartof suyunun faydaları haqda nələri bilirsiniz? 15.02.19, 10:07
Məktəbdə silahlı atışma: Polis əraziyə yollandı 15.02.19, 10:06
Əks-kəşfiyyat rəhbəri Rusiya casusu çıxdı 15.02.19, 10:01
Çeçenlər "Neolit" kafesinə silahlı hücum edib 15.02.19, 09:54
Moskvada azərbaycanlı qətlə yetirildi 15.02.19, 09:49
15 fevralda gözlənilən hava şəraiti 15.02.19, 00:12
Avropa müsəlmanları Çinin müsəlmanlara qarşı repressiya siyasətlərinə etiraz etdilər 14.02.19, 12:22
Qaraciyəri necə sağaldaq? – 6 sadə üsul 14.02.19, 12:11
Konqresdən Trampa zərbə: Prezident veto tətbiq edəcəkmi? 14.02.19, 12:01
Həkim xəstəni vəhşicəsinə döydü 14.02.19, 11:47
Ocaqlarımızı söndürənlər Xankəndində ocaq yandırdı! –Bizlərsə Bakıda bir-birimizə “od qoyuruq”...-FOTOLAR 14.02.19, 11:41
Ruhani: Yaxşı xəbərdir, ancaq inanmaq olmaz 14.02.19, 11:12
Futbol tarixinin ən yaxşı qapıçısı - "France Football" açıqladı 14.02.19, 11:07
Üç sabiq Türkiyədə partiya qurur - Gözlənilməz gediş 14.02.19, 10:58
İstanbulun mərkəzində atışma: yaralılar var 14.02.19, 10:56
Avropa inanır: Rusiya və ABŞ bunu xilas edəcək 14.02.19, 10:50
14 fevralda gözlənilən hava şəraiti 13.02.19, 23:22
Millimiz Rusiya və İranla qarşılaşacaq 13.02.19, 23:20
ABŞ-a pis xəbər: İrana qarşı etiraz qəbul edilmədi 13.02.19, 19:40
Moskvada 140 ilin ən şiddətli qarı yağdı - Foto 13.02.19, 19:34
40 yaşlı kişi intihar edib 13.02.19, 18:26
İran ordusu yeni raketdaşıyan qayıqla təchiz olunub 13.02.19, 18:23
Xırdalanda faciə: Qatar qadını bir neçə yerə böldü 13.02.19, 18:14
ABŞ-ın İran siyasəti uğur qazanmayacaq - Parsi