Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

""İŞİD"i Qərb yaradıb"

"İŞİD" terror qruplaşmasının təkcə aviazərbələrlə məhv edilməsi mümkün deyil. Bunu Amerika Birləşmiş Ştatlarına səfəri zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı iranlı nazir "İŞİD"i "təhlükəli hal" adlandırıb və qruplaşmaya qarşı mübarizə üçün havadan bomdardmanla yanaşı, "yeni vasitələrə" də ehtiyac olduğunu vurğulayıb. Məhəmməd Cavad Zərif "İŞİD"ə qarşı mübarizəyə həsr olunmuş Paris konfransına İranın dəvət edilməməsinə də münasibət bildirib. Nazir Paris görüşündə iştirak edən 24 ölkənin uzun illər boyu "İŞİD"i dəstəklədiyini deyib.

"İranın Parisə dəvət olunmamasının səbəbinə gəldikdə, onu deyə bilərəm ki, görüşdə, bir növ, etdiyi günahlardan peşman olanlar koalisiyası bir araya gəlmişdi. Həmin görüşdə olanlar bu və ya digər yolla "İŞİD"in yaradılması zamanı onu dəstəkləyən və genişlənməsinə kömək edənlər idi. Belə çıxır ki, onlar nəticədə öz yaradıcılarını qorxutmağa başlayan Frankenşteyn yaradıblar".

İranın xarici işlər naziri həmçinin "İŞİD"ə qarşı mübarizə çərçivəsində havadan yaxud qurudan xarici qüvvələrin müdaxiləsinin də problemi həll edəcəyinə inanmadığını bildirib.

"Əgər biz "İŞİD"in məğzinə və məzmununa, necə meydana çıxdığına nəzər yetirsək, görərik ki, bu, elə xarici işğalın məhsuludur"./ans/
1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05