Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

Şotlandiya bu gün İngiltərədən ayrıla bilər

Şotlandiya xalqı bu gün Birləşmiş Krallıqdan müstəqillik əldə etmək üçün referenduma gedir.

Bir qədər əvvəl keçirilən rəy soğrusuna əsasən, əhali arasında fikir ayrılığı, demək olar ki, bərabərlik təşkil edir. Əhalinin yarısı müstəqillik tərəfdarı olduğu halda, yarısı isə, Birləşmiş Krallığın tərkibində qalmağa üstünlük verir.

Referendumla əlaqədar siyasi arenada da son günlərdə gərgin mübarizə gedir. Rəsmi London şotlandları Krallığın tərkibində qalacaqları təqdirdə onlara daha çox səlahiyyət veriləcəyinə inandırmağa çalışır. Müstəqillik təşviqatçıları isə, əhalini bu cür vədlərə inanmamağa səsləyib.

Şotlandiyanın birinci naziri Aleks Semond seçicilərə ünvanlıdığı məktubunda qeyd edib ki, parlamentin daha çox səlahiyyət vədləri hələ qanunvericilər arasında tam razılaşdırılmayıb. “Qanunvericilərin əskəriyyəti Şotlandiyaya səlahiyyət verilməsinə qarşı çıxır. Belə olan halda isə, bu vədlər reallıq deyil” - deyə Semond qeyd edib.

Referendumun nəticələri sabah erkən saatlarda elan olunacaq.

Şotlandiya xalqı müstəqil olacağı təqdirdə, Britaniya kraliçası II Elizabet ilə münasibətlərini qorumağa çalışacaq. Belə ki, əhali arasında Britaniyanın II Elizabetini Şotlandiyanın Birinci Elizabeti adlandıranlar da var./Euronews/
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23