Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

Rəsmi Bağdad ABŞ quru qoşunlarının İraqa girməsinə etiraz edir

İraq hökuməti İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə qoşulmaq məqsədilə Amerika quru qoşunlarının ölkəyə hərbi müdaxiləsinə etiraz edib. Ölkənin baş naziri Heydər əl-İbadi qeyd edib ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil və Amerika ordusunun İraqa girməsinə icazə verilməyəcək.

Amerika hökuməti İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın yaradılmasına çalışır. Bİr qədər əvvəl Fransanın paytaxtı Parisdə keçirilən konfransda bu məsələ müzakirəyə çıxarılmışdı. Lakin, İran və Suriya da İŞİD-i təhlükə mənbəyi kimi görsə də, hər iki ölkə koalisiyaya dəvət almayıb.

Əl-İbadi Asoişeytid Presə müsahibəsi zamanı bunun yalnış bir addım olduğu və əks-təsir verəcəyini açıqlayıb.

Amerikanın müdafə naziri Çak Heyqel bir qədər əvvəl Senatda çıxışı zamanı İŞİD-ə qarşı hava mübarizəsi təsirli olmayacağı təqdirdə İraqa quru qoşunları ilə müdaxilənin qaçılmaz olduğunu demişdi.

Lakin prezident Barak Obama belə bir planın olmadığını açıqlayıb. “İraqdakı Amerika qoşunlarının heç bir döyüş missiyası yoxdur və olmayacaq. Onlar, sadəcə, İraq qoşunlarına öz torpaqlarını qorumaq üçün dəstək göstərirlər” - deyə Obama qeyd edib.
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:45
“O deyəsən ağlı