Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

ABŞ polisi daha bir qaradərilini qətlə yetirdi

Polis tərəfindən qətlə yetirilən gəncin cəsədində 6 güllə yarası aşkar edilib

Ötən həftə ABŞ-ın Utah ştatında polis tərəfindən qətlə yetirilən qaradərili gəncə 6 dəfə atəş açılıbmış.

İnterAz PressTV-yə istinadən bildirir ki, müstəqil tibbi ekspertizanın əldə etdiyi nəticəyə görə, 22 yaşlı Darien Hant polisdən qaçarkən polis əməkdaşları arxadan 6 dəfə atəş açmaqla onu qətlə yetirib.

Müstəntiqlər hadisənin baş verdiyi ərazidə çəkiliş aparan təhlükəsizlik kameralarının görüntülərini də əldə ediblər. Onların dediyinə görə, bu görüntülər qətlin bütün təfərrüatlarına aydınlıq gətirəcək. Polisin ilkin açıqlamasında deyilirdi ki, D.Hant əlində uzun bıçaqla polislərə hücum etdiyi üçün qətlə yetirilib. Lakin, öldürülən gəncin anasının sözlərinə görə, polislər Hantla, məhz qaradərili olduğuna görə acımasızca rəftar edərək onu qətlə yetiriblər və onun əlindəki həqiqi, kəsici “qılınc” yox, sadəcə suvenir olub.

Qeyd edək ki, sentyabrın 10-da Utah ştatında 22 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən güllələnərək qətlə yetirilib. Rəsmi açıqlamaya görə, həmin gecə yerli biznes mərkəzinin yaxınlığında əlində samuray “qılıncı” gəzdirən şübhəli, qaradərili gənc polisin suallarına “qılıncla” reaksiya verməyə cəhd etdiyi üçün ona atəş açılıb.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23
Bakıda zavo