Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

“İŞİD-çilər üçün hər şey pulsuzdur”

«Nyu-York Tayms»: “İŞİD-çilər üçün hər şey pulsuzdur”

“Nyu York Tayms” qəzeti Ankaranın Hacıbayram məhəlləsindən 10 dostu ilə birlikdə İŞİD-ə qoşulan Can adlı bir şəxs haqqında yazıb.

“Nyu York Tayms” xəbər verir ki, Ceylan Yeğinsu imzalı jurnalistin yazdığı yazıda Canın Raqqada təhsil aldığı, bir edamı yerinə yetirəndən, bir adamı diri-diri basdırandan sonra təşkilata tam olaraq qəbul edildiyi bildirilib.

Xəbərdə Türkiyədən İŞİD-ə qatılanların sayının min nəfər olduğu yazılıb. Ömrü boyu narkotik istifadəçisi olan Can daha sonra peşman olaraq iki dostu ilə birlikdə geri qayıdıb. Hacıbayramdan İŞİD-ə qatılmaq istəyən başqa adamların da olduğu qeyd edilən yazıda məhəllə idarəçisi Arif Ağbaş danışıb:

“Hər şey uzun saqqallı bir kişinin məhəllədə peyda olması ilə başladı. Narkomanlar ondan sonra məscidə getməyə başladı”.

Döyüşən üçün hər şey pulsuzdu

Keçmiş İŞİD-çi Can belə deyib: “Vuruşduğumuz günlər 150 dollar alırıq. İŞİD-çilər üçün hər şey pulsuzdu. Dükan sahibləri də bizdən qorxduğu üçün pul almır”.

Hacıbayramdan İŞİD-ə qoşulan ilk adamlardan biri olan Oğuzxan G. Artıq Raqqada komandir vəzifəsinə yüksəlib. İŞİD-də Məhəmməd Salif adından istifadə edən Oğuzxanın tez-tez Ankaraya gedib yeni üzvlərlə qayıtdığı iddia olunub./axar/
1198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37
Yeni doğulan körp