Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

"İŞİD" Suriyanın Dirazzur əyalətindəki mövqelərini tərk etməyə başlayıb

Yerli mənbələr "İŞİD" silahlılarının öz ailələrini digər bölgələrə apardıqlarını qeyd edirlər

“İslam Dövləti” terror təşkilatı Suriyada ər-Riqqa şəhərində daha az görünməyə başlayıb. İnterAz-ın “FransPress”ə istinadla verdiyi xəbərə görə, bu barədə yerli fəallar məlumat yayıblar.

Bildirilib ki, “İslam Dövləti” terror təşkiları Dirazzurda əyalət binasını, İraqla sərhəddə yerləşən əl-Məyadin şəhərindəki qərargahlardan səkkizini, əyalətin əş-Şarrə şəhərindəki bütün qərargahlar və mövqelərini tamamilə boşaldıb.

"Əl-ərəbiyyə" telekanalının ər-Riqqa şəhərində yerli mənbələrə istinadla verdiyi xəbərə görə, "İŞİD" silahlıları daha şəhər küçələrində görünməməyə başlayıblar. Məlumata görə, hazırda "İŞİD"in əsas mərkəzi olan ər-Riqqada təşkilat silahlılarına nadir hallarda rast gəlinir. Yerli mənbələr "İŞİD" silahlılarının öz ailələrini digər bölgələrə apardıqlarını qeyd edirlər.
1131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25