Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam.Əgər insan həssaslıqdan əziyyət çəkirsə,hətta oxuduğu və ya bildiyi bir şeyi düz bildiyi halda özünə inanmamağı nədən irəli gəlir və bunun qarşısını necə almaq mümkündür?

Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Özünə inanmaq bir çox müvəffəqiyyətlərin açarıdır. Çalışın həmişə müsbət fikirləşin və zehninizi müsbət fikirlərlə doldurun və müsbət fikirli insanlarla oturub durun.Səhflərinizi çoxda böyütməyin və özünüzü bağışlamağı bacarın və özünüzlə mehriban olun, ixtiyarsız səhf iş gördükdə misal üçün əliniz dəydi şüşəyə sındı ya qarın üstə sürüşüb yerə dəydiz və... sadəcə gülümsəyin özünüzü danlamayın başqalarının da belə səhflərə yol verdiyini özünüzə təlqin edin. Bilinki başqaları sizin rəftarınıza fikr vermir və sizin haqqınızda fikirləşmirlər onların zehnində yalnız öz problemləri dolanır. Heç kəs kamil insan deyil hamının nöqsanları var və tədricən nöqsanlardan üzaqlaşırlar və hər kəs hər işdə müvəffəq olmur, öz istedadınızı tapın və onun dalıyca gedin misal üçün biri idmanda müvəffəq olur biri elm və təhsildə və digəri ticarətdə və....

Allaha təvəkkül edin işlərinizdə və inanın ki, Allaha etimad edib Ondan kömək istəyəni naümid etməz. Kiçik müvəffəqiyyətlərinizi qiymətləndirin və başqalarının sizi təhqir etməyinə yol verməyin. Məqsədinizə çatmaq üçün güclü olun və heç bir hədəfi əlçatmaz hesab etməyin. İdmanla məşqul olun, bir işi görməzdən əvvəl başqaları ilə məsləhətləşın, qəflətən baş verəcək işlərdən qorxmayın.

Allah sizə yar olsun.

1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat