Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

Husilər Yəmənin paytaxtında Həmdan bölgəsini tutublar

Paytaxtın şimalında son iki gündə gedən qarşıdurmalarda 43 nəfər ölüb

Yəmənin paytaxtı Sənada və Couf əyalətində husilərlə hökumətə tərəfdar qüvvələri arasında gedən qarşıdurmalarda onlarla ölən və yaralanan var.

İnterAz-ın “əl-Aləm”ə istinadla verdiyi xəbərə görə, husilərin “Ənsarullah” hərəkatı və onunla müttəfiq qəbilələr paytax Sənanın şimalında yerləşən Həmdan bölgəsini ələ keçiriblər. Paytaxtın şimalında Couf əyalətində gedən qarşıdurmalarda isə əs-Səllan hərbi qərargahı husilərin nəzarətinə keçib.

“FransPress”in məlumatına görə, paytaxtın şimalında son iki gündə gedən qarşıdurmalarda 43 nəfər ölüb.

Bu arada BMT-nin Yəmənə göndərdiyi vasitəçi Camal bin Ömər husilərin lideri Əbdül-Məlik Husi ilə danışıqların müsbət nəticələr verdiyini deyib.

Qeyd edək ki, husilərin paytaxt küçələrində keçirdiyi intensiv və kütləvi aksiyalardan sonra Yəmənin müxtəlif siyasi qüvvələrindən və qəbilələrindən onlara qoşulanların sayı artıb.
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber