Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2014

ABŞ kəşfiyyatı İsrailə məlumat ötürür

Snoudendən yeni etiraf: ABŞ kəşfiyyatı İsrailə məlumat ötürür
ABŞ kəşfiyyatı ərəb əsilli vətəndaşlar barədə İsrailə məlumat ötürürmüş

ABŞ kəşfiyyatının sabiq əməkdaşı, qalmaqallı açıqlamaları ilə tanınan Edvard Snouden Milli təhlükəsizlik agentliyinin gizli əməlləri barədə yeni məlumatlar açıqlayıb.

İnterAz PressTV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, ABŞ kəşfiyyat qurumu Amerika vətəndaşların şəxsi məlumatlarını və şəxsi kommunikasiya materiallarını (məktub, səs yazısı və s.) İsrailə ötürürmüş.

E.Snoudenin “New York Times” qəzetinə verdiyi açıqlamada deyilir ki, ABŞ-ın Milli təhlükəsizik agentliyi (MTA) Fələstin və ərəb əsilli ABŞ vətəndaşlarının şəxsi məlumatlarını əldə edərək İsrail kəşfiyyatına ötürür. Qohumları İsrail və Fələstində yaşayan həmin şəxslərin məxfi məlumatları İsrailin fələstinlilərə qarşı mübarizəsində istifadə edilir. İsrailə ötürülən materiallar əsasən, əsası saxlanılmış əl yazıları, onların qısa izahı, əlyazmaların surəti, telefon danışıqları, səs yazıları və internet şəbəkələrdəki fəaliyyətlərini əks etdirən məlumatlardan ibarət olub.

E.Snouden qeyd edib ki, sözügedən məlumatlar İsrailin “8200 saylı birlik” adlanan hərbi kəşfiyyat orqanına təqdim edilirmiş. O, əlavə edib ki, bunlar iki ölkə arasında 2009-cu ildə imzalanan kəşfiyyat mübadiləsi proqramı çərçivəsində həyata keçirilib.
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı