Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2013

Əsəd ordusundan növbəti uğurlu əməliyyat

Suriya ordusu Dəməşqin əs-Səbinə və Qəzzal rayonlarını ələ keçirib
Suriya hökumət ordusu paytaxt Dəməşqin cənubunda irəliləyib.

SalamNews-un əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, ordu Dəməşqətrafı əyalətin Böyük və Kiçik əs-Səbinə və Qəzzal rayonlarını ələ keçirərək tam şəkildə nəzarətə alıb.

Hazırda bölgədə gedən qarşıdurmaların Həcərül-Əsvədə də sirayət etdiyi bildirilir. Hökumət əl-Mənsurə rayonuna müxtəlif tipli raketlər atıb. Hələb şəhərinin özündə də qarşıdurmalar davam edib.

Suriya sülh danışıqlarının baş tutacağı və ölkədə hökm sürən münaqişənin dayanacağı ilə bağlı ümidlər getdikcə azalmaqdadır. Suriya İnsan Hüquqları Müşahidəçi Qrupunun rəhbəri Rami Əbdürrəhman “Cenevrə-2” danışıqlarının baş tutacağı ilə bağlı ehtimalın az olduğunu, baş tutacağı halda isə daxili silahlı münaqişələrə müsbət təsir göstərməyəcəyini bildirib.
2175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP