Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

Bulvarda 18 yaşlı oğlanın boğazını kəsdilər

Reanimasiyaya yerləşdirilmiş gənci dindirmək mümkün deyil

Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Qaraçuxur qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əliyev Çingiz Əyyub oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Onun boğazında daxilə nüfuz edən ağır kəsilmiş-deşilmiş xəsarət aşkarlanıb və yaralı reanimasiyaya yerləşdirilib. Ç.Əliyevi dindirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, daha əvvəl hadisənin harada baş verdiyi dəqiq bilinməsə də, sonradan 18 yaşlı oğlanın Dənizkənarı Milli Park ərazisində, Saat qülləsinin yaxınlığında bıçaqlandığı məlum olub. Hazırda hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi və olayın səbəblərini müəyyən etmək istiqamətində iş aparılır./lentaz/
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12