Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

İsrail ilə daha bir müharibə qaçılmazdır

İsrail Qəzza zolağındakı mühasirəyə son qoymazsa, bu ölkə ilə daha bir müharibə qaçılmaz olacaq. Anlayırıq ki, bunu nə Fələstin xalqı, nə də İsrail istəmir. Lakin qəzzalıların mühasirədə qalması da qəbuledilməzdir. Həmas hərəkatı liderlərindən Musa əbu Mərzuk İsrail ilə münasibətləri şərh edərkən bu cür açıqlama verib. Əbu Mərzuk qeyd edib ki, hazırda Qəzza xalqının vəziyyəti müharibədən əvvəlki vəziyyəti ilə eynidir.

“Qəzzada diri insanların da ölülərdən fərqi yoxdur. Qəzzalılar üçün həyat olduqca ağırdır. Biz xalqımızı belə ağır vəziyyətdə qoya bilmərik. İsrail bu siyasətini dəyişməlidir” - deyə Əbu Mərzuk qeyd edib.

Həmas liderinin müavini İsrail ilə aparılan 50 günlük müharibədən qəzzalıların daha güclü çıxdığını deyib.

İsrail ilə Fələstin arasında Qəzza ilə yeni sərhədlərin müəyyən edilməsi məsələsi müzakirə olunacaq. Lakin danışıqların hələlik nə vaxt start götürəcəyi məlum deyil.
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP