Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

Şotlandiya referendumu Kataloniyanı həvəsə salıb

Şotlandiyada və ya İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumları Avropa inteqrasiyasını zərbə altına alır - deyə Baş nazir Mariano Rajoy xəbərdarlıq edib.

Onun təbirincə, belə proseslər Avropada daha çox iqtisadi tənəzzül və yoxsulluq şəraiti yaradır.

Xatırladaq ki, İspaniyanın Kataloniya bölgəsində müstəqilliik referendumunun noyabr ayında keçirilməsi gözlənilir.

Rajoyun sözlərinə görə, Şotlandiya müstəqilliyə səs verərsə, Aİ üzvlüyünə qəbul olunmaq üçün yenidən müstəqil üzv dövlət kimi müraciət etməli olacaq.

Qeyd edək ki, Kataloniya bölgə parlamenti noyabr referendumuna yol açan qətnaməni səsverməyə bu gün çıxarmalıdır. Lakin, İspaniya höküməti Kataloniyanın müstəqilliyinin əleyhinədir.Referendumun keçirilməsi üçün İspaniya konstitusiyasına görə mərkəzi hökümətin icazəsi tələb olunur.

Çərşənbə günü parlament qarşısında çıxış edən Baş nazir Rajoy Şotlandiya referendumuna bənzər referendumları "Avropa inteqrasiyasını hədəfə alan torpedo mərmisinə" bənzədib.

Bu təqdirdə Kataloniya parlamenti referendumun keçirilməsinə icazə verən qanunu qəbul etsə, gözlənildiyinə görə, İspaniya Konstitusiya Məhkəməsi həmin referendumu "qanunsuz" elan edəcək.

Kataloniya prezidenti Artur Mas bundan əvvəl referendumun noyabrın 9-da keçiriləcəyini vəd etmişdi. Ötən həftə o, BBC-ə müsahibəsində Şotlandiyanın referenduma "hə" deyəcəyinə ümid bəslədiyini bildirib. Onun qənaətincə, müstəqil Şotlandiya Aİ-ə qəbul ediləcək və bununla da Katalloniya müstəqilliyə nail olandan sonra eyni yolu gedə biləcəyini sübut etdirəcək.

Lakin İspaniyanın Baş naziri Rajoy deyib ki, Şotlandiya müstəqil olarsa Aİ-nın yeni üzvlərinə şamil edilən bütün mərhələlərdən keçməli olacaq. Onun təbirincə, bu proses illərlə çəkə bilər və bundan əlavə Aİ-ə qəbul olmaq üçün İttifaqın 28 üzvünün hər birinin razılığı olmalıdır. Məhs Rajoy bundan əvvəl Şotlandiyanın Aİ-ə qəbul olunmasını bloklaya biləcəyini bildirmişdi.

Qeyd edək ki, Kataloniya İspaniyanın ən inkişaf etmiş və zəngin bölgələrindən biridir və Kataloniyanın müstəqillik istəyi İspaniyada iqtisadi böhran dərinləşəndən sonra güclənib./ans/
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber