Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

Şotlandiya müstəqillik istəmədi

Böyük Britaniya torpağı Şotlandiyada sentyabrın 18-də keçirilmiş müstəqillik referendumunun ilkin nəticələri açıqlanıb. Hesablamaya görə, “Şotlandiya müstəqil ölkə olmalıdırmı” sualına hə deyənlərin sayı 1 milyon 176 min 952 nəfərdir. 1 milyon 397 min 77 nəfər isə müstəqilliyin əleyhinə çıxıb.

Bu rəqəmlər 32 qraflıqdan 26-nın ilkin nəticələrinə əsaslanır. Qlazqo, Dandi kimi önəmli qraflıqlar müstəqilliyə səs veriblər. Aberdin qraflığı isə müstəqilliyə yox deyib.

Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.

Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.
993 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber