Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

İki övladı ilə küçələrdə gecələyən qadın

Həyatının cavan çağında iki övladı ilə küçələrdə gecələməyə məcbur olan Elmira Qarayeva taleyinin ondan üz döndərdiyini deyir. Onun bu vəziyyətə gəlib çıxmasına təkan verən hadisələr var.

2001-ci ildə ailə həyatı quran Elmiranın həyatında hər şey yolunda olub. 4 illik evlilik həyatından sonra isə baş verən hər bir hadisə, onun əleyhinə işləyib. 2005-ci ildə ağır yol qəzasında həyat yoldaşını itirən xanımın çətin günləri başlayıb. Çünki ömür-gün yoldaşını itirən müsahibim, iki azyaşlı övladı ilə birgə qaynanası tərəfindən evdən çölə atıldığını deyir. Daha sonra anası evinə üz tutan Elmira Qarayeva 2005-ci ildən bəri orada yaşamağa başlayıb. Ancaq anası da xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün iki il sonra vəfat edib.

İtirdikləri bununla da bitməyib. Anasının evində həyatını sürməkdə davam edən gənc ana paytaxtın ticarət mərkəzlərindən birində satıcı vəzifəsində işə düzəlib. Həyatı təzəcə yoluna düşürmüş ki, bu dəfə də əmisinin sözlərinə inanmağı onu növbəti sınaqla üz-üzə qoyub.

Elmira Qarayevanın sözlərinə görə, əmisi onu aldadaraq evi satdırıb, sonradan məlum olub ki, o, Rusiyaya gedib.

Bundan sonra Elmira iki azyaşlı ilə birgə həyatını kirayələrdə keçirməyə məcbur olub. İş yerindən aldığı 250 manat məvaciblə birtəhər keçinirlərmiş. Üç ildir ki, şəkər xəstəliyindən əziyyət çəkən müsahibim son bir aya kimi bu cür yaşayıb. Vəziyyəti ağırlaşdığından işə gedə bilməyib və maddi ehtiyac ödənilmədiyindən körpü altında, vağzallarda gecələməyə məcbur olublar.

10 yaşlı Pərvin onun doğma övladı olsa da, üç yaşlı Aynişan bacısının qızıdır. Elmira bacısının vaxtsız vəfatından sonra onun qızını himayəyə götürüb. Hər halda azyaşlıların küçələrdə qalması çox acınacaqlıdır. Qarşıdan kəskin qışın yaxınlaşdığını düşünəndə isə onların sonunu təsəvvür etmək heç də çətin deyil./ans/
1088 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu