Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

Lənkəranda 4 ballıq zəlzələ

Bu gecə Lənkəran şəhərində zəlzələ baş verib.

FHN-nin rəsmi saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, 19 sentyabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 03:29-da Lənkəran şəhərindən 18 km qərbdə zəlzələ qeydə alınıb.

Episentrdə zəlzələ 4,0 bala yaxın olub. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində 3,0-4,0 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24