Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

Suriyada 304 silahlı hökumətə təslim olub

Son iki gündə Dəməşqətrafı əyalətdə 304 silahlı hökumətə təslim olub - Fotolent

Dəməşqətrafı əyalətin Mudamiyya, əl-Qəlamun, Məlula, rayonlarında hökumətə qarşı vuruşan silahlılar və axtarışda olan şəxslərdən 128-i dünən Suriya ordusuna təslim olub. İnterAz-ın "SANA" agentliyinə istinadla verdiyi xəbərə görə, təslim olan silahlılar yerli “Sülh Komitələri” vasitəsilə cəlb ediliblər və silahları yerə qoymağa razılıq veriblər.

Mənbə iki gün öncə Dəməşqətrafı əyalətin ər-Rəhibə və Ciyrud rayonlarında 178 silahlı və axtarışda olan şəxslərin təslim olduqlarından xəbər verib. Həmçinin əlavə edib ki, iyul ayında yuxarıda qeyd edilən və Dəməşqətrafı əyalətinin digər rayonlarından 748 silahlı, avqustda isə 801 nəfər hökumətə təslim olub və sülh sazişinə imza atıb.

Qeyd edək ki, Suriya ordusu 2013-cü ilin ortalarından başlayaraq Dəməşq, Dəməşqətrafı və Homs əyalətlərində silahlıların yerləşdiyi rayonlara hücum deyil, daha çox onları mühasirədə saxlamağa üstünlük verib. Suriya ordusunun bu addımından sonra son ildə orduya təslim olanların və sülh sazişinə razılıq verən rayon və qəsəbələrin sayı artıb.






1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51