Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2014

“İŞİD-in bu şəhərləri işğalı etməsi İran üçün qırmızı xətdir”

Həsən Ruhani: “İŞİD-in bu şəhərləri işğalı etməsi İran üçün qırmızı xətdir”

İran prezidenti Həsən Ruhani ABŞ-ın “NBC” telekanalına müsahibə verib.

“Dünyanın bütün şiə məzhəbliləri və müsəlmanları üçün müqəddəs olan şəhərlərinə, o cümlədən Bağdada xətər yetirilməsi bizim üçün qırmızı xətdir. Bu şəhərlərin terrorçularının işğalına məruz qalmamağı üçün əlimizdən gələni edəcəyik. İmkan verə bilmərik ki, Bağdad, yaxud Nəcəf və Kərbəla işğala məruz qalsın”, – deyə İran prezidenti açıq şəkildə bəyan edib.

Bölgədə yaşananları faciə adlandıran H. Ruhani bildirib ki, əsrlər boyu bu coğrafiyada müsəlmanlar xristian, yəhudi və digər inanc sahibləri ilə dinc yanaşı yaşayıblar. İŞİD-i hazırkı faciələrin təqsirkarı adlandıran İran prezidenti onunla mübarizədə ətraf dövlətlərlə əməkdaşlığından faydalanmağı, İraq ordusunu silahlandırmağı tövsiyə edib.
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP