Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

ABŞ jurnalistlərin qatilləri barədə məlumata 10 milyon dollar verəcək

ABŞ Konqresi Ceyms Fouli və Stiven Sotloffun oğurlanması və qətlində əli olan şəxslər barədə məlumata görə 10 milyon dollara qədər mükafatı nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, sentyabrın əvvəlində “İslam Dövləti” terrorçu qruplaşması ABŞ vətəndaşı, 2013-cü ildə Suriyada oğurlanan Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yaymışdı.

Bundan əvvəl “İslam Dövləti” qruplaşması digər amerikalı jurnalist, 2012-ci ildə Suriyada əsir düşən Ceyms Foulini edam etmişdi. Terrorçular bəyanatlarında ABŞ İraqdakı hərbi əməliyyatlarını davam etdirdikləri təqdirdə amerikalıları qan içində boğacaqlarını vəd etmişdilər./apa/
946 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 10:08
Azərbaycanda