Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Kataloniya da referenduma gedir

Şotlandiyadan sonra İspaniyanın Kataloniya muxtariyyəti də müstəqillik üçün referendum keçirəcək. Kataloniya məclisinin bu istiqamətdə keçirdiyi səsvermədə 106 lehində, 28 əleyhində olmaqla referendum layihəsi qəbul olunub. Referendumun bu ilin 9 noyabrında keçiriləcəyi bildirilir.

“İstiqamət və Birlik Koalisiyası” (CIU), “Respublikaçı Kataloniya Solu” (ERC), “Yaşıllar” (ICV), “Kataloniya Sosialist Partiyası” (PSC) və “Kataloniya Xalq Şurası”nın (CUP) dəstəklədiyi referendum layihəsi “Xalq Partiyası” (PPC) və Ciutadan's (C`s) tərəfindən rədd edilib.

Referendum layihəsinə dəstək verən CİU sözçüsü Xosep Rull İngiltrənin baş naziri Devid Kameronun “Heç kimin məcburi şəkildə Britaniyanın tərkibində qalmağını istəməzdim” – sözünü xatırladaraq İspaniya hökumətini nümunə götürməyə səsləyib.

Bu referendumu qeyri-leqal hesab edən rəsmi Madrid isə məslisin bu qərarının rəsmi qəzetdə nəşrindən sonra muxtariyyət rəhbərinin təsdiqini gözləmədən Konstitusiya məhkəməsinə qərarın ləğvi üçün müraciət edəcək.

İspaniya Konstitusiya məhkəməsinin qərarı ləğv etməsi gözlənilir.
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu