Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Nazirin tanınmış ziyalı ilə davası davam edir

Eldəniz Quliyev: «Mənim yazdıqlarımda bütün polisləri aşağılayan bircə kəlmə də yoxdur»

Ramil Usubovun vəkili: «Nəticə ekspertizanın rəyindən asılı olacaq»

“Heç də istəmirdim ki, məsələ bu həddə çatsın. Ortada mənə qarşı qeyri-qanuni, əsassız xüsusi ittiham qaydasında iddia ərizəsi var. Mən təkbaşına da bununla mübarizə apara bilərəm. Çünki mən daxili işlər nazirinin və ya bütün polislərin şərəf və ləyaqətini bir kəlmə ilə də olsa, aşağılamamışam.

Heç o fikirdə olmamışam. Mən dəfələrlə öz müsahibələrimdə demişəm ki, Azərbaycan polisi həqiqətən hörmətə layiqdir, polis öz sıralarından yüzlərlə şəhid verib. Çoxlu polislərimiz var ki, qanunun aliliyini qoruyur və ona hörmət edirlər. Ancaq mən yenə də o fikirdəyəm ki, polislərin arasında polis adına ləkə gətirən əməkdaşlar da var. Bunu Ramil Usubov da danmır. Dansaydı, hər il onlarla polisi işdən azad eləməzdi, töhmət verməzdi, rütbəsini əlindən almazdı. Artıq müstəqil ekspertlər də bildirirlər ki, mənim sosial şəbəkədə yazdığım fikirlərdə bütün polislərin və rəhbərliyinin şərəf və ləyaqətini aşağılayan heç nə yoxdur” - bunu Daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilən Azərbaycan Ziyalılar Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib.

Xatırladaq ki, nazir məhkəmədən tanınmış kinodramaturqun Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını istəyir. Iddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl “facebook” səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən Eldəniz Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib.

Ramil Usubovun vəkili Əlirza Həbilov “Azadlıq”a açıqlamasında bildirib ki, Eldəniz Quliyevin söylədiyi fikirlər məhkəmə müstəvisinə keçib: “Məhkəmədə ən sonuncu prosessual hərəkət linqvistik ekspertizanın təyin olunmasıdır. Linqivistik ekspertiza ona görə təyin olunub ki, Eldəniz müəllimin dediklərində polis əməkdaşlarının ünvanına təhqir və böhtanın olub-olmadığını müəyyənləşdirsin. Nəticə ekspertizanın rəyindən asılı olacaq. Ayrı-ayrı media orqanlarında yazılır ki, guya, Eldəniz müəllim polisin ünvanına təhqir və böhtan səsləndirməyib, sadəcə tənqid edib. Əslində, söhbət təhqir və böhtandan gedir. Tənqidə görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri tətbiq olunmur. Hazırlıq iclasının yekunu olaraq qərar verilib ki, təhqir və böhtan var, buna görə də iş məhkəmədə baxılmalıdır. Bu məsələ hazırlıq mərhələsində araşdırılıb. Ekspertizanın rəyinin təqdim olunmasına ehtiyac var. Araşdırmalar, fikir ayrılığı ekspertizadan sonrakı mərhələyə aiddir”./azadlıq/
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...