Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Rusiyalılar edam cəzasının bərpasını istəyir

Əhalinin 63 faizi bəzi cinayətlər üçün ölüm hökmünün tətbiqinə səs verib

Rusiyada keçirilən rəy sorğusuna əsasən əhalinin əksəriyyəti qatı cinayətlərə görə edam cəzasının bərpa edilməsinin tərəfdarıdır.

İnterAz-ın “Russia Today”-ə istinadən məlumatına görə, Rusiyanın ictimai fikir fondunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 73 faizi pedofilliyə görə, 63 faizi insan qətlinə, 53 faizi terrorçuluq fəaliyyətləri və 46 faiz isə cinsi zorakılıq cinayətlərinə görə edam cəzasının bərpasına səs verib.

Sorğuda iştirak edənlərin 28 faizi narkotik qaçaqmalçılığı, 13 faiz isə dövlətə xəyanətə görə ölüm cəzasının təyin edilməsini istəyib.

Ekspertlərin fikrincə, Rusiya cəmiyyətində edam cəzasının bərpasını istəyənlərin sayı ötən onilliyə nisbətən azalıb. Lakin, sonuncu soruğunun nəticəsinə əsasən bu mövzu cəmiyyətdə hələ də aktual məsələdir.
893 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber