Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Tərs başlı adam tibb dünyasını şoka saldı

Dünyaya gələrkən başı tərs formada olan adam tibb dünyasını şoka saldı!

Simsar.az xəbər verir ki, Braziliyanın Monte Santo şəhərində yaşayan 37 yaşlı Klaudio Vieira de Oliveira dünyaya gələrkən başı tərs şəkildə olub. Həkimlər bu vəziyyət qarşısında çaşmış və onun çox yaşaya bilməyəcəyini demişlər, amma Klaudio bu gün hələ də xoşbəxt yaşayır.

Həkimlərin, çox nadir bir hadisə adlandırdığı Klaudionun başı arxaya doğru tərs, əlləri və ayaqları da deformasiyaya uğramış haldadır.

Bütün bu fiziki qüsurlara baxmayaraq sərhəd tanımayan Klaudio, çox yaxşı bir natiq və mühasibdir. Feira de Santana Dövlət Universitetində mühasibatlıq oxumuşdur.

Hər zaman çox məşğul olduğunu söyləyən Klaudio, başqalarına möhtac olmağı sevmədiyini söyləyir. Həm mühasibat işini görür, həm də insanlara məsləhət verir. Kompyüter, cib telefonu istifadə edir,  TV açıb bağlamağı internetdə axtarış etməyi həmişə öz səyləriylə öyrəndiyini bildirir.

Ağzındakı bir qələmlə istədiyi hər şeyi dəftərə yaza bilir. Şəhərdə rahat dolaşa biləcəyi bir ayaqqabısı da var.

Anası Maria Jose, "Həkimlər uşağımın nəfəs ala bilməyəcəyini və öləcəyiniz söyləmişdilər. Amma, hər nə vəziyyətdə olursa olsun, o uşaq qayğı görməzsə onsuz da ölər. Amma indi uşağımın nə qədər xoşbəxt olduğunu görürəm. Bu utanılacaq bir vəziyyət deyil" deyib.

Eyni zamanda çox yaxşı bir motivasiya təlimçisi olan Klaudio dəvət edildiyi bir çox yerlərə gedib çıxışlar edir, seminarlar verir.





/simsar/
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...