Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Suriyalı qaçqınlar küçələrdə gecələdilər

Ötən gün İŞİD qruplaşmasının əlindən qaçaraq Türkiyə-Suriya sərhədini keçən suriyalı qaçqınlar gecəni çətin şəraitdə keçiriblər. Suriyanın Hələb vilayətinin Kobai rayonunda İŞİD qüvvələri ilə kürd Peşmərgə qüvvələri arasında döyüşlərdən qaçan minlərlə suriyalı dünən sərhəddə saatlarla gözlədildikdən sonra onların Türkiyə ərazisinə keçməsinə icazə verilmişdi.

Qaçqınların bir qismi sərhədyanı qaçqın düşərgələrində və bölgədə yerləşən qonaq müəssisələrində yerləşdirilib, bir qismi isə Türkiyədəki qohumlarının evlərində məskunlaşıb. Axşam saatlarında Türkiyəyə pənah gətirən və qalmağa yer tapa bilməyən suriyalılar isə gecəni küçələrdə və parklarda keçirmək məcburiyyətində qalıblar. Əksəriyyətini qadın və uşaqlar təşkil edən yüzlərlə qaçqın tapdıqları boş yerlərdə yatmağa çalışıblar. Bəzi sakinlər isə suriyalı qaçqınlara kömək etmək üçün səfərbər olub və küçədə qalanlar üçün evlərində bişirdikləri yeməklərdən gətiriblər.

Sərhəddə olan "Beynəlxalq Qızıl Aypara Cəmiyyəti"nin nümayəndələri də küçədə qalan suriyalılara isti yemək və su yardımı edir. Suriyadan qaçqın axını isə daha da güclənməyə davam edir.
914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber