Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

8 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-13, günün birinci yarısında 20-25, axşama doğru isə 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Noyabrın 8-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin noyabrın 08-də günün ikinci yarısında qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 08-i axşama doğru və noyabrın 09-da Abşeron yarımadasında hava şəraitinin dəyişməsi, atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyinin əsməsi və əvvəlki günlərə nisbətən temperaturun 5-8 dərəcə enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
2459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
19.03.17, 11:31