Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Türkiyə-İran əlaqələrində 35 milyardlıq irəliləyiş

Türkiyə İqtisadiyyat naziri Nihat Zeybəkci İran ilə 35 milyard dollar olan ticarət həcmi hədəfinə sürətlə irəliləyəcəklərini bildirib.

Türkiyə İqtisadiyyat naziri Nihat Zeybəkci ölkəsi ilə İran arasında imzalanan seçimli ticarət müqaviləsinin əsas götürərək belə bir rəqəmi qeyd edib.

Zeybəkci yazılı açıqlamasında bildirib ki, Türkiyə-İran seçimli ticarət müqaviləsinin Türkiyənin Sərbəst ticarət razılaşmaları xaricində, güzəştli ticarət etdiyi ilk razılaşma olduğunu ifadə edib. Zeybəkçi həmin razılaşmanın qüvvəyə minməsilə İran ilə ticarət əlaqələrində yeni bir dövrün başladığını ifadə edib:

"İran ilə ölkəmiz arasındakı seçimli ticarət müqaviləsini, hörmətli ölkə başçımızın İran səfərində, İran Ticarət naziri ilə birlikdə yanvar ayında imzalamışdıq. Bundan sonra razılaşma ötən həftə TBMM ümumi heyətində müzakirə olunaraq qəbul olunub. Bu razılaşma ilə ölkəmiz firmalar üçün çox böyük potensial daşıyan İran bazarında çox əhəmiyyətli üstünlüklər əldə edəcək. Bunun sayəsində İran ilə 35 milyard dollar olan ticarət həcmi hədəfinə sürətlə irəliləyəcəyik. Razılaşmadan sonra ölkəmiz İrandan ixracatımızda əhəmiyyətli sənaye məhsullarında gömrük vergisi endirimi şəklində güzəştlər almış olacaq, bəzi kənd təsərrüfatı məhsullarında da İran tərəfinə gömrük vergisi endirimi etmiş olacağıq".

Nazir Seçimli Ticarət Sazişi ilə bütün sektorlarda ortaya çıxacaq ticarət fürsətlərin qiymətləndirilməsi və bu sektorlara üstünlük verilməsi məqsədiylə İqtisadiyyat Nazirliyi tərəfindən işlər görüldüyünu və bunun ardından çox sayda iş adamı ilə birlikdə İranı ziyarət edəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə ilə İran arasında 2002-ci ildə 1,2 milyard dollar səviyyəsində olan ticarət həcmi, 2013-ci ilin sonunda 14,5 milyard dollar səviyyəsinə çatıb. Sazişin qüvvəyə minməsi ilə qısa zamanda 35 milyard dollarlıq ticarət həcminə çatılması hədəflənir./ans/
800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber