Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Rusiya “İsgəndər” raketlərini hazır vəziyyətə gətirdi

Rusiyanın Şərq Hərbi Dairəsində (SHD) həyata keçirdiyi irimiqyaslı“Vostok-2014” təlimləri çərçivəsində ilk dəfə “İsgəndər – M” operativ-taktiki tipli raketləri sınaqdan keçirib.

Ria Novosti xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Raket və Artilleriya bölmələrinin rəhbəri, general-mayor Mixail Matviyevski deyib.

Onun sözlərinə görə, sözügedən raketlər ilk dəfədir ki, bu cür təlimlərdə sınaqdan keçirilir və hər iki buraxılış uğurla başa çatıb. Matviyevski vurğulayıb ki, göstəriş aldıqdan sonra təlimlərə başlayıblar və “İsgəndər”lə şərti hədəflər məhv edilib. O, əlvavə edib ki, bu cür manevrlərin keçirilməsində məqsəd şəxsi heyətin və artilleriya qrupuna daxil olan silahların döyüş qabiliyyətinin yoxlanılmasıdır:

“İsgəndər” raketlərinin dünyada analoqu yoxdur. Bu bizim vahimə yaradan silahımızdır, hədəfi dəqiqliyi ilə vurur və komplekslər təhlükəsizliyimizin qarantıdır”.
Xatarladaq ki, 20 dəqiqə ərzində döyüş vəziyyətinə gətirilən “İsgəndər” raketləri yüksək manevr imkanlarına malikdir və yüz kilometrlərlə hədəfi 30 santimetr dəqiqliyi ilə məhv etmək gücündədir./axar/
822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi