Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

İŞİD-in məxfi idarəçilik sistemi üzə çıxdı

Ərazisinin böyüklüyünə görə, İngiltərəni ötüb keçən İŞİD-in idarəetmə sistemi ortaya çıxıb.

İngiltərənin “Deyli Meyl” qəzeti xəbər verir ki, İraq və Suriyada geniş bir əraziyə nəzarət edən terror təşkilatının bu idarəçilik sistemi mütəxəssisləri olduqca təəccübləndirib. 

İŞİD-in əməliyyatlarını “İerarxiya” adlı bir sistemlə icra etdiyini deyən qəzet təşkilatın neft satışı və daxili işlər kimi məsələlərdə fərqli metodları olduğunu bildirib.

Əbu Əbdül Rəhman əl-Bilavinin evində tapılan yaddaş kartının içində olan məlumatlara əsasən hazırlanan idarəçilik sistemi Əl-Qaidədən tamamilə fərqlənir. Əl-Qaidədə qərarları Ayman əl-Zavahirinin yaxın ətrafı verirdisə, burada məsələ bir az fərqlidir.

“Terrorizm Araşdırma və Analiz Konsorsiumu”nun araşdırmasına görə, təşkilatın hər bir qurumunun məsul şəxsi İŞİD-in özünü “Xəlifə” elan edən lideri Əbubəkr əl-Bağdadiyə təyin olunmuş vaxtlarda hesabat verir. Bağdadinin İraq və Suriya üçün ayrı-ayrılıqda  iki köməkçisi var. Hər köməkçinin də müvafiq ölkələri idarə etmək üçün 12 valisi var. 

/axar/
890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05
30% şagird 10-11-ci si