Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Misir polisi fələstinlilərə atəş açıb, 1 nəfər ölüb

Yeraltı tunel vasitəsilə Misir ərazisinə keçməyə çalışan qəzzalılara atəş açılıb

Misir polisi bir fələstinlini öldürüb, iki nəfəri isə həbs edib.

Bu barədə Misir silahlı qüvvələri məlumat yayıb.

İnterAz-ın Fələstin mətbuatına istinadən məlumatına görə, bu gün səhər radələrində naməlum şəxslər Rəfah keçid məntəqəsi yaxınlığında qanunsuz yeraltı tunel vasitəsilə Misir ərazisinə keçməyə cəhd ediblər.

Polis zabitlərinin xəbərdarlıq atəşindən sonra fələstinlilər çıxdıqları tunelə geri qayıtmağa tələsiblər. Bu zaman polis əməkdaşları onlara tərəf atəş açıb. Nəticədə, onlardan biri həlak olub, digər iki nəfər isə saxlanılıb. Saxlanılanların sorğu-sual edilməsi üçən istintaq mərkəzinə aparıldığı bildirilir.

Mənbənin məlumatına görə, son günlər Misirin Qəzza ilə sərhədində yüksək təhlükəsizlik tədbirləri görülüb. Buna səbəb isə, Qəzzadan Misirin Sina yarımadasına doğru silahlı şəxslərin keçəcəyi barədə kəşfiyyat məlumatının daxil olması olub. Sözü gedən qəzzalıların yeraltı gizli tunel vasitəsilə Misir ərazisinə keçməsi də bu ərəfəyə təsadüf edib.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51