Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

“Hizbullah” terrorçuların hərbi xəstəxanasını vurub, 50 ölü

“Hizbullah” Livan-Suriya sərhəddində terrorçuların hərbi xəstəxanasını vurub, 50 ölü
Bu hücumda Suriya ordusu da iştirak edib

"Hizbullah" Suriya-Livan sərhədində Curud-Ərsal adlanan bölgədə terrorçuların xəstəxanasını toplardan atəşə tutub.

İnterAz-ın “əl-HədəsNews”a istinadla verdiyi xəbərə görə, terrorçuların hərbi xəstəxanasına endirilən zərbələr zamanı ən azı 50 yaraqlı ölüb. Məlumata əsasən, Curud-Ərsal bölgəsinin ər-Rahva kəndi ərazisində yerləşən hərbi xəstəxanasında xeyli terrorçunun olduğu bildirilib ki, bunun ardından endirilən raket zərbələri və top atəşi onlarla terrorçunun ölümünə səbəb olub. Bu hücumda Suriya ordusu da iştirak edib.

Suriya ordusunun hərbi təyyarələri də Curud-Ərsalda silahlıların bir qərargahını hədəfə alıb. Burada “Nusurus-Sunnə” qruplaşmasının liderinin öldürüldüyü qeyd edilir.

Qeyd edək ki, hazırda Suriya-Livan sərhəddi “ən-Nusra Cəbhəsi” və “İslam Dövləti” terror təşkilatının fəal olduğu bölgələrdəndir. Son günlərdə bu ərazilərdə Livan ordusuna edilən qəfil hücumlar bu ölkə rəsmilərini regionda hərbi əməliyyatların ciddi şəkildə başlamasına vadar edib.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33