Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

İŞİD-ə məxsus kimyəvi silah anbarı aşkarlanıb

İraq hərbçiləri içərisində kimyəvi silah olan, İŞİD-ə məxsus anbar aşkarlayıblar

İraq hərbçiləri ölkənin mərkəzi əyaləti olan Diyalada xlor başlıqlı yeddi raketin olduğu anbar aşkarlayıblar.

RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə əyalətin Polis İdarəsinin rəisi general Cəmil əş-Şəmri məlumat verib.

“Hərbçilər və polis Diyala əyalətinin əl-Mikdadiyyə rayonunda “İslam Dövləti" silahlılarına qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı Təşkilatın 18 silahlısını, o cümlədən onların komandirlərini məhv ediblər. Bundan əlavə, əsgərlər silahlıların yerli təhlükəsizlik qüvvələri və Diyalanın dinc sakinlərinə qarşı istifadə etmək niyyətində olduqları kimyəvi silah - xlor başlıqlı yeddi raketin olduğu anbar aşkarlayıblar.”, - mənbə bildirib./SalamNews/
810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02