Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

“Ləyaqətlə yaşayaq, tısbağa kimi yox!”

Eldəniz Quliyev ölkə ziyalılarına çağırış etdi

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev ölkə ziyalılarına müraciət edib. Müraciətdə deyilir:

“Ay məmləkətin əziz, hörmətli, ağıllı, müdrik və alicənab ziyalı bəndələri! Tısbağa həyatı yaşamaqdan bezmədinizmi? Başınızı bir anlıq qınınızdan çıxarıb da baxın: görün ətrafda nələr baş verir, nə hoqqalar, hansı naqislik və alçaqlıqlar törədilir!.. Heç olmasa, bir anlıq, cəmi bircə anlıq şahidlik edin: axı Vətəndə - sənin Vətənində - ədalətsizlik şahə qalxıb at oynadır, haqq nazilib-üzülür, Xalqın - sənin Xalqının - ah-naləsi ərşə dirənib!..

Noolar, gəlin hamılıqla bu Vətənə, bu Millətə sahib çıxaq!.. Qaşsız üzük taxsaq belə!

Gəlin, bu Millətin, bu Vətənin taleyinin tamaşaçısı yox, iştirakçısı olaq! Vallah, bu, Allaha da, bəndəyə də xoş gedər...

Həyat ona görə bir dəfə verilib ki, bizlər onu LƏYAQƏTLƏ yaşayaq, - tısbağa kimi yox!..”/azadlıq/
1149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48