Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Sentyabr 2014

Leyla Yunus: Nuriyyə Hüseynova ilə İlham Əliyev mənəviyyatca çox yaxın adamlardı

Leyla Yunusa qarşı təzyiqlər artıb

Hüquq müdafiəçisi yaxın günlərdə ona qarşı növbəti təxribatın olacağından xəbər verir

Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məktub yazıb və ona qarşı kamera yoldaşı Nuriyyə Hüseynova tərəfindən növbəti təxribatın hazırlandığını bildirib. Məktubda deyilir:

Hamıya! Hamıya! Hamıya!

Kürdəxanı təcridxanasında mənə qarşı növbəti təxribat hazırlanır. Cinayətkar Hüseynova Nuriyyə Musa qızını hər gün çağırıb təlimatlandırırlar. Görünür o bilavasitə təcridxana rəisi A.Seyidovla söhbət edir. Bu görüşlərdən sonra o axşamlar məni çirkin şəkildə hədələyir. Çox güman ki, təxribat şənbə ya bazar gününə planlaşdırılıb.

Bu həftə bizim kameraya Ombudsman aparatı əməkdaşlarının gəlişi vəziyyəti bir qədər də gərginləşdirdi. Ombudsman aparatının əməkdaşları mənim birinci dəfə cinayət məsuliyyətinə cəlb edilən qadınların kamerasından köhnə resedivisti (onun bütün qardaşları və qohumları həbsxanadadır) çıxarmaqla bağlı əsaslı xahişimə heç bir reaksiya vermədilər. Həmçinin məni qəbul etmək üçün yazılı müraciətlərimə baxmayaraq (iki dəfə müraciət etmişəm, sonuncu dəfə Ombudsman aparatı əməkdaşlarının yanında müraciət etmişəm), təcridxaa rəisi A.Seyidov onları cavabsız qoyur.

Bundan başqa, təcridxana əməkdaşları kameradakı digər qadınlara da təzyiq göstərməyə başlayıb. Onları çağırıb tələb edirlər ki, Hüseynovanın mənə hücum etmədiyini yazılı şəkildə təsdiqləsinlər.

Öz növbəsində hədələyir ki, yaxın vaxtda mənə elə hücum edəcək ki, (ən çirkin ifadələrdən istifadə edir) bədənimdə qançır olmayacaq, ancaq mənə bundan da pis olacaq.

Nuriyyə Hüseynova – İlham Əliyevin mənə qarşı işgəncə silahıdır. Mənəviyyatca çox yaxın adamlardı.

Leyla Yunus

20 sentyabr 2014-cü il
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi