Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2014

Ağ Evə daha bir hücum

Vaşinqtonda Ağ Evə tərəf avtomobillə hərəkət edən bir nəfər ABŞ-da ali vəzifə işçilərini qoruyan gizli xidmətin “dayan” əmrinə tabe olmayıb, lakin quraşdırılmış maneələr ucbatından iqamətgaha da yaxınlaşa bilməyib.

Avtomobilindən enən sürücü dərhal həbs edilib.

CNN-ə mənbədən daxil olan məlumatda bildirilir ki, hadisə Ağ Evə keçid məntəqəsində baş verib.

Saxlanılanın hərəkətlərinin səbəbi açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl iqamətgahın sahəsinə bir nəfər naməlum şəxsin çəpərdən atlanaraq keçməsi və binaya daxil olmaq istəməsi ilə əlaqədar insanlar binadan təxliyyə edilmişdi.

Hər iki insident zamanı ABŞ prezidenti və ailəsi iqamətgahda olmayıb./ans/
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP