Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2014

Naməlum şəxs Ağ Evə necə daxil olub?

Naməlum şəxsin Ağ Evə daxil olmasından sonra ABŞ-ın gizli xidmət idarəsinin prezidenti qoruya bilmək qabiliyyəti ilə bağlı suallar ortaya çıxıb.

İnsident prezident Barak Obamanın iki qızı ilə vertolyotla Ağ Evdən Merilenddə Kemp Deyvid prezident iqamətgahına getməsindən sonra baş verib. Naməlum şəxs Ağ Evin hasarını aşıb qaçaraq prezidentin iqamətgahına daxil olub. Gizli xidmət idarəsinin əməkdaşları bundan sonra onu yaxalayıb. Onun üzərində silah olmadığı bildirilir.

Gizli xidmət idarəsi insidentilə bağlı araşdırma aparıldığını açıqlayıb. Hadisə nəticəsində Ağ Evdə olan administrasiya və media nümayəndələri təxliyə edilib.

Nümayəndələr Palatasında Milli təhlükəsizlik məsələləri ilə məşğul olan komitənin sədri, respublikaçı qanunverici Ceyson Şaffets təhlükəsizliyin pozulmasını qəbuledilməz hal adlandırıb.

Qeyd edək ki, gizli xidmət idarəsi Ağ Evə daxil olan şəxsin Texas ştatının Copperas Kov şəhərinin sakini, 42 yaşlı Omar Qonsales olduğunu bildirib./ans/
841 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber