Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2014

Naxçıvan polisinə görə İlqar Nəsibov cinayət törədib

İlqar Nəsibova qarşı Cinayət Məcəlləsinin 227.1-ci maddəylə cinayət işi qaldırıldı

Avqusutun 21-də bir qrup şəxsin fiziki təzyiqinə məruz qalaraq ağır xəsarətlər alan hüquq müdafiəçisi İlqar Nəsibova qarşı cinayət işi qaldırılıb.

Məlumatı "Turan İA"-a İ.Nəsibov özü məlumat verib.

İ.Nəsibova fiziki zorakılıq edənlərdən biri Fərid Əsgərova qarşı irəli sürülən bədənə az yüngül xəsarət yetirilməsi (Cinayət Məcəlləsinin 227.1-ci maddəsi) ilə bağlı ittihamı indi hüquq müdafiçəsinin özünə tətbiq edirlər. Bu haqda İ.Nəsibova sentyabrın 20-də dəvət olunduğu Naxçıvan polis idarəsində bildiriblər.

F.Əsgərov Naxçıvan polisinə İ.Nəsibovun dabanı ilə ayaq barmağını, stəkan atmaqla çeçələ barmağını sındırması haqda polisə şikayət edib. Polis bu şikayəti qəbul edərək İ.Nəsibova adı çəkilən cinayət işini qaldırıb. İ.Nəsibov bu cinayət işilə bağlı sentyabrın 22-də yenə də polis idarəsinə dəvət edildiyini deyib. Həm də polis nəzarəti və ya həbsə alına bilməsini istisna etməyib.

İ.Nəsibov özünə qarşı ittihamı saxta adlandırıb və bu cinayət işini qaldırmaqla polisin məqsədinin F.Əsgərovu həbsdən qorumaq olduğunu söyləyib. İ.Nəsibovun fikrincə, bu cinayət işini qaldırmaqla qorxudaraq fiziki zorakılığa məruz qalması ilə bağlı cinayət işindən geri çəkilməyə vadar etmək istəyilər.

Xatırladaq ki, avqustun 21-də İ.Nəsibov ofisində aralarında F.Əsgərov da olan bir qrup şəxsin fiziki zorakılığına məruz qalaraq vəhşicəsinə döyülüb. Bir neçə gün Naxçıvanda müalicə alıb. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib. Naxçıvan hüquq-mühafizə orqanları yaydıqları açıqlamalarda İ.Nəsibovun fiziki zorakılığa məruz qalmasına səbəb kimi bir neçə mülahizə irəli sürüb. Bu açıqlamalar mahiyyətinə görə diqqəti baş vermiş cinayətin İ.Nəsibovun ictimai fəaliyyətilə bağlı olmasından yayındırmaq məqsədi güdürdü. Polis orqanları hadisəni cəmiyyətə məişət səviyyəsində baş verən xuliqanlıq kimi çatdırmağa can atırdı.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50