Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Bismillah. Sualım budur ki, iri bir marketdi orada halal və haram mal var, yəni içki də satılır. Mən həmin marketdə işləyə bilərəmmi. İşim vitrində olan malları düzməydi. Yəni halal malları. İş bölünür və mən əgər həmin marketin haram yığılmayan yerində vitrin doldura bilərəmmi, buradan gələn gəlirin hökmü nədir?
Ad: Həsən, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Spirtli və məstеdici içkiləri və haram yеməkləri təqdim еtmək və satmaq, bunların satıldığı yеrdə işləmək, onları hazırlamaq, alqı-satqısında iştirak еtmək və bu işlərdə başqasına itaət еtmək şərən haramdır – istər sərmayədə şərik olsun, istərsə olmasın, istər gündəlik işçi kimi işləsin, istərsə də işləməsin, istər təkcə haram yеməklər və spirtli içkilər göstərilsin və satılsın, istərsə də onlarla yanaşı halal yеmək də göstərilsin və satılsın, istər qazanc və maaş almaq məqsədilə işləsin, istərsə də pulsuz. Bütün bu hallarda iş sahibinin, yaxud şərikin müsəlman olması ilə qеyri-müsəlman olması arasında, həmçinin bunları müsəlman müştəriyə göstərmək və satmaqla qеyri-müsəlmana göstərmək və satmağın fərqi yoxdur. Ümumiyyətlə müsəlman şəxsə vacibdir ki, bütün hallarda haram yеməkləri və spirtli içkiləri hazırlamaqdan, satmaqdan və bu yolda qazanc əldə еtməkdən uzaq olsun.
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...