Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2014

Rusiya "İsgəndər"i sınadı

Rusiyada "Vostok-2014" adlı genişmiqyaslı hərbi təlimlər davam edir.

Bu təlimlərdə ilk dəfə olaraq, "İsgəndər-M" raket kompleksini sınaqdan keçirilib.

"İsgəndər-M" raketləri yüksək manevretmə qabiliyyətinə malikdir və 20 dəqiqəyə döyüşə hazır vəziyyətə gətirilir. Raket bir neçə yüz kilometr məsafədə yerləşən hədəfləri 30 santimetrədək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

"Vostok-2014" strateji komanda-qərargah təlimləri sentyabrın 25-dək davam edəcək. Təlimlər Rusiyanın Vostok hərbi dairəsinin 20-dən çox quru, dəniz və aviasiya poliqonunda keçirilir. Təlimlərdə 100 minə yaxın hərbçi, 1500 tank, 120-ə yaxın təyyarə, 5000-ə yaxın hərbi və xüsusi texnika və 70-ə yaxın gəmi iştirak edir.
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber