Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Goranboyda 300 min manat hara yoxa çıxıb?

Turzim və Mədəniyyət şöbəsinin müdiri Gündüz Hacıyev adı olub, özü olmayan obyektləri «təmir» etdirir

Ölkədə həyata keçirilən tender oyunları ayrı-ayrı idarə və müəssisə rəhbərlərini, həmçinin rayon rəhbərlərinin varlanması üçün əsas vasitələrdən biri sayılır. Bəzən elə sahələrə külli miqdarda vəsait ayrılır ki, onun nəyə xərcləndiyi belə müəmma olaraq qalır.

Goranboy rayon Mədəniyyət və Turizm şöbəsində baş verənlər də demək olar ki, yuxarıda qeyd etdiklərimizlə eyniyyət təşkil edib. Sözügedən şöbə bu ilin ilk yarısında dövlət büdcəsindən 300 min manata yaxın pul alıb. Rəsmi sənədlərə inansaq bu pulların 88991 manatı cari təmir işləri üçün nəzərdə tutulub. Bundan əlavə isə əsaslı təmir işlərinin satın alınması üçün də 84998 manat vəsait ayrılıb.

Məlumatda deyilir ki, Goranboy Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Hacıyevin düşündüyü plana əsasən həyata keçirilən prosesdə nəzərdə tutulan işlərə çox cüzi miqdarda pul xərclənib. Mənbələrin iddiasına görə, Goranboyun icra başçısı Nizaməddin Quliyevin ən yaxın adamlarından biri sayılan Hacıyevin belə addım atması onun kimsədən çəkinməməsi ilə bağlıdır. Arxasında icra başçısının dayandığını heç bir zaman gizlətməyən şöbə müdiri atdığı hər bir addıma görə də məsuliyyət daşımadığını deyib.

Verilən məlumata görə, Goranboyda mədəniyyət və turizm sahəsi çoxşaxəli olsa da, bu obyektlərin durumu həddindən artıq bərbaddır. İddia edilir ki, Gündüz Hacıyevin rəhbəri olduğu şöbənin tabeçiliyində elə kitabxanalar və mədəniyyət evləri var ki, onların adı var, özləri ilə yoxdur. Hətta bəzi məlumatlara görə, rayondakı heç də az olmayan sayda mədəniyyət obyekti sökülərək, yerində başqa şey tikilib. Amma bu obyektlərin adı hələ də rəsmi sənədlərdə var kimi saxlanılmaqdadır. Çünki belə obyektlər sayəsində hər ilk yüz minlərlə manat vəsaitin silindiyi qeyd olunur./jam/
814 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı