Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Ukraynada 38 əsir dəyişdirildi

Ukraynada hökumət qüvvələri ilə separatçılar arasında əldə olunan atəşkəs razılaşması fonunda əsirlərin dəyişdirilməsi prosesi başlayıb. Proses ATƏT müşahidəçilərinin iştirakı ilə Donetsk şəhərinin 60 kilometrliyində yerləşən Konstantinovki rayonunda baş tutub. Tərəflər qarşılıqlı olaraq 38 nəfəri dəyişdiriblər. Ukrayna təmsilçisi Yuriy Tandit prosesi belə şərh edib.

“Biz artıq bir-birimizə yaxşı sözlər deməliyik. Bu, vacibdir. Sevindirici haldır ki, belə bir barışıq - Minsk razılaşması var”

Tərəflər arasında ilk dəfə əsir mübadiləsi sentyabrın 12-də baş tutmuşdu. Həmin vaxt hər iki tərəfdən qarşılıqlı olaraq 37 nəfər sərbəst buraxılmışdı.

Belarusun paytaxt Minskdə əldə olunan razılışmada atəşkəs rejiminin icrası üçün tərəflərin 30 kilometrlik məsafədə bufer zona yaratması nəzərdə tutulur. Eyni zamanda, hər iki tərəf ağır artilleriyanı bir-birilərindən 15 kilometr aralıda saxlamalıdır./ans/
783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17: