Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Ərdoğandan 46 girova 100 milyon tələb olunub

İngiltərənin “Sandi Tayms” (“The Sunday Times”) qəzeti İŞİD-in Prezident Ərdoğandan 46 girova görə 100 milyon dollar pul tələb etdiyini açıqlayıb.

Qəzet 101 gün sonra 46 türk girovun sərbəst buraxılmasının arxasında terrorçularla bazarlıq edildiyini istisna etməyib:

“İŞİD girovlara görə Türkiyə hökumətindən 100 milyon dollar istəyib. Lakin MİT (Milli İstihbaraat Təşkilatı) keçirdiyi gizli əməliyyat nəticəsində bu baş tutmayıb”.

Qəzet əlavə olaraq bundan sonra Türkiyənin İŞİD siyasətində dəyişiklik olacağanı da bildirib. Dərgi Obamanın geniş bir koalisiyanı idarə etmək xəyalının artdığını qeyd edərək, bundan sonra Türkiyənin qərarında dəyişikliyin real olduğunu bildirib.

Məqalədə Obamanın fikrini dəyişdiyi, Suriyaya quru qoşunu yeridəcəyini də qeyd edib:

“Kürdlər İŞİD-dən qaçdığı halda Obama quru qoşunlara əmr verəcək. Obama İŞİD-i yer üzündən silmək üçün məcbur da olsa, bu addımı atacaq”.

Obamanın bu qərarının gizli saxlanmasına səbəb kimi qarşıdan gələn BMT Baş Assambleyasının yığıncağı göstərilib. Verilən xəbərdə bildirilir ki, assambleyada digər ölkələrin razılığını aldıqdan sonra Obama Suriyaya quru qoşunları yeridəcək./axar/
707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber