Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2013

İxvançılardan 15 min nəfər həbs olunub

Misirdə baş verən dövlət çevrilişindən bu günə qədər 15 min nəfər həbs olunub

Türkiyə mətbuatının verdiyi məlumata görə, "Milli İttifaq" Hərəkatının yaydığı bəyanatda, Misirin dövlət çevrilişindən sonra insan hüquqlarının qorunması sahəsindən ən pis dövrü yaşadığı bildirilir: "Xüsusilə də ölkədə qadın və uşaqların hüquqlarının qorunması sahəsində cahiliyyət dövründən də pis bir zaman yaşanmaqdadır".

Məhkəmə orqanlarının ikili standart tətbiq etdiyini iddia edən bəyanat müəllifləri qeyd edirlər ki, 4 ay ərzində problemli mühakimələrin həlli ilə bağlı qəbul edilən qərarlar zamanı "kefli həbslər" çərçivəsində aralarında qadın və uşaqlar da olmaqla 15 min adam həbs olunub. Təhlükəsizlik qüvvələri tərəfindən polis məntəqələrində, hərbi düşərgələrdə, təcridxanalarda saxlanılan məhsbuslara dəhşətli işgəncələr verilir. Polis təhlükəsizliyi təmin edib, ədaləti bərqərar etmək əvəzinə, "Baltaçılar" sistemindən vətəndaşları öldürmək, yaxud həbs etmək üçün istifadə alətinə çevirib".

Hərakat həm də əhalini, polisin qadınlara və uşaqlara qarşı hücumlarını dayandırmaq üçün cümə günü ölkənin bütün meydanlarında "Misirin qadınlarının qırmızı xətti" adı altında aksiyalar keçirməyə çağırıb.

Rəsmi orqanlar isə nəzarətə alınanların sayı haqqında hələ də heç bir açıqlama verməyib. /ans/
2259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı