Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Sərnişin avtobusu piyadanı vurub öldürdü

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu piyadanı vurub.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının ərazisində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Vurulan piyada orta yaşlı kişi olub.

Bakı avtovağzalı ərazisində sərnişini vuran avtobusun nömrəsi məlum olub. Orta yaşlı kişini vuran Biləcəri-"Memar Əcəmi” metrosu istiqamətində işləyən 91 saylı, "Daewoo” markalı, 90 JZ 664 dövlət nömrə nişanlı sərnişin avtobusu olub.

Vurulan piyada yerindəcə keçinib. Bildirilir ki, ərazi tıxac olub. Piyada avtobusun altında qalıb.

Faktla bağlı araşdırma aparılır./ans/
872 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı