Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Türkiyə hər girova görə İŞİD-ə bir tank verib?

49 diplomatın İŞİD tərəfindən sağ-salamat geri qaytarılması hazırda əsas müzakirə mövzusudur. Əksəriyyət İŞİD-in heç bir qarşılıq olmadan girovları geri qaytarmasını qəbul etmir və ona görə də daha bir iddia ortaya atılıb.

Odatv.com saytı xəbər verir ki, PKK-ya yaxın media orqanlarında Türkiyənin girovlar müqabilində İŞİD-ə 49 tank və silah-sursat göndərdiyi iddia olunub.

Xəbərdə Türkiyənin tanklar və silah-sursatı kürdlərə qarşı istifadə etməsi üçün İŞİD-ə göndərdiyi bildirilib.

Kürdlərə yaxın media orqanları həmin anın videogörüntülərini paylaşıb. Türk mediası isə yayılan görüntülərin həqiqəti əks etdirmədiyini yazıb.

Qeyd edək ki, Türkiyəyə keçən suriyalı qaçqınlar da İŞİD-ə tank və silah-sursatın göndərildiyini iddia ediblər./axar/
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58