Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

Cəlilabadda qədim dövrə aid nümunələr aşkarlanıb

Cəlilabadda qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Rayonun Abışabad kənd sakini Qalib Bağışov həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən torpağın altından saxsı parçaları üzə çıxıb. Ərazinin tarixi məkan olduğunu fikirləşən Q.Bağışov əvvəlcə tapıntı barədə kənd məktəbinin tarix müəllimlərini məlumatlandırıb. Daha sonra isə paytaxtın arxeoloq-tədqiqatçıları işə cəlb olunub.

Aparılan qazıntı işləri zamanı sözü gedən ərazidə eramızdan əvvəl III əsrə aid olduğu ehtimal olunan 2 küp qəbir aşkar olunub. Qəbirlərdə insan sümükləri ilə yanaşı, tuncdan hazırlanmış 1 ədəd maral başı, 1 ədəd xəncər və qiymətli daşlardan hazırlanmış qırmızı rəngli boyunbağı tapılıb.

Qeyd edək ki, bir neçə il öncə də ərazidə qədim dövrə aid qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilib. Ərazinin relyef baxımdan nisbətən dayaz yerdə yerləşməsi onu deməyə əsas verir ki, burada qədim zamanlarda çay sahilində yaşayış məskəni mövcud olub./apa/






848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı