Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2014

“İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş var”

Rusiya XİN rəhbərinin müavini: “İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş var”

İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş var.

“Russia Today”-in verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.

“Danışıqlarda irəliləyiş olsa, onun sürətlə getdiyini demək olmaz. Ancaq onu da qeyd etmək lazımdır ki, əvvəl razılaşdırılmamış məsələlərdə müəyyən irəliləyişin əldə olunması çox vacibdir”, - deyə o vurğulayıb.

Rusiya nümayəndə heyətinin problemin həlli ilə bağlı yeni təkliflər irəli sürdüyünü qeyd edən S. Rıbakov danışıqların ən mühüm cəhətlərindən birinin ABŞ prezidentinin iranlı həmkarı ilə bu həftə keçiriləcək görüşdə iştirak edəcəyini qeyd edib.

Xatırladaq ki, ötən həftə 5+1 qrupunun üzvləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya rəsmiləri Nyu-Yorkda bir araya gəliblər. Müzakirələrin bu həftə davam edəcəyi gözlənilir.
775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber